Sosial Media Marketinq alətləri nə üçün effektivdir?
Sosial Media Marketinqi əslində markanıza sadiq olub auditoriyanıza özünüzü düzgün təqdim etmək və onlarla düzgün kommunikasiya qurmaq vasitəsidir. Son illərdə internetdən istifadənin yüksək həddə çatması bizneslərin də onlayn satışlara daha çox diqqət yetirməsi ilə nəticələndi. Sosial media platformaları üçün tələb olunan müntəzəm tapşırıqları isə xüsusi marketinq alətlərinin köməyi ilə minimuma endirmək mümkün oldu. Brendlərin sosial media yükləri daha da yüngülləşdi, görülə işlərin effektivliyi nəzərəçarpan oldu. Bəs bu alətlərdən istifadə hansı üstün cəhətlərə malikdir?
- Çoxsaylı platformaları birləşdirir. Eyni anda bir neçə sosial media kanalında paylaşım etmək mümkündür
- Bir neçə hesab əlavə etmək olur. Bununla da, bir neçə komanda üzvü eyni platformadan istifadə edə bilər
- Sosial media hesablarında aktivliyə dair ətraflı hesabat əldə etmək mümkündür
- Biznesinizə dair müxtəlif detalları izləmək olar: həştəqlər, digər hesablar, açar sözlər və s
- Onlayn olmadığınız zaman planlaşdırma funksiyası ilə paylaşımlar etmək mümkündür.
Sosial media marketinq alətləri istənilən sahədə, istənilən miqyaslı biznes üçün həddindən artıq uğurludur. Sosial media marketinq alətlərinin yalnız mütəxəssislər üçün olduğunu düşünə bilərsiniz, şübhəsiz ki, belə deyil. Biznesinizin uğurunu daha da artırmaq və onlayn marketinq cərəyanından kənar qalmamaq üçün sosial marketinq alətlərindən istifadə edin. Çünki bu zaman rəqiblərinizi də daha yaxşı tanıyacaq, analiz edəcək, onlardan daha üstün olma yolları axtarıb tapacaqsınız. Ən effektiv alətlərdən biznesinizin tələbatlarına uyğun olanı seçib istifadə edə bilərsiniz:
- Social Champ
- Hootsuite
- TweetReach
- Brandwatch
- If This Then That (IFTTT)
- Buzzsumo
- Twazzup
- Buffer
- Social Status
- eClincher
- SocialPilot
- Visme
- SociAlert
- CoSchedule
- Sprout Social