Korporativ veb sayt üçün Bilməli Olduqlarınız

Korporativ veb sayt üçün Bilməli Olduqlarınız

Korporativ veb sayt üçün Bilməli Olduqlarınız

Veb sayt markanızın imicinin formalaşmağı üçün vacib elementlərdən biridir. Veb sayt vasitəsilə müştərilərinizlə birbaşa əlaqə yarada, öz hədəf və missiyanızı onlara təqdim edə bilərsiniz.

Veb sayt hazırlayarkən, buna başdansovdu yanaşmaq doğru olmaz. “Bizim də saytımız” olsun, deyə yanaşma doğru deyil. Veb sayt şirkətlə birgə addımlamalıdır. Korporativ sayt bu mənada müştərinin şirkət üzərindəki bir gözüdür desək yanılmarıq. Müştəri şirkətin bütün atdığı addımları və atacağı addımları veb sayt vasitəsilə izləyə bilməlidir. Bu mənada sayt şirkətin müştəriyə hesabat vermə formasıdır.

Düzgün tərtib edilmiş sayt müştəri qarşısında inam hissini formalaşdırır. Həmçinin şirkətin müştəriyə verdiyi dəyəri göstərir. Bütün bunlar müştərinin alış-veriş etmək, şirkətin xidmətlərindən yararlanmaq impulsunu aktivləşdirir.


Müasir dizayn tələblərinə cavab verən Veb sayt

Sayt hazırlayarkən ən əsası, öz hədəf kütlənizi doğru tanımalısınız. Bunun üçün ilk olaraq rəqiblərinizi analiz edin. Daha sonra saytınızda korporativ rənglərdən istifadə etməyə diqqət edin. Bir çox hallarda şirkət rəhbərləri sayta dinamiklik vermək üçün saytın rəngarəng olmasını tələb edir. Bu isə istər-istəməz rəng çirkliliyi yaradır. Rəng kombinasiyalarının pozulması, ziyarətçinin tez bezib, saytdan çıxmağına səbəb olur. Nəticədə saytın SEO xalı aşağı düşür və bu da sayta girişlərə ciddi təsir göstərir.

Veb saytınızın dizaynının müasir dizayn tələblərinə uyğun olmasına diqqət yetirin. Köhnə stildə dizaynlar sizi rəqiblərinizə uduzduracaq əsas elementlərdəndir. Həmçinin saytın bütün qurğularda responsiv görünüşünü təmin edin. Məsələn, mobil avadanlıqlarda saytınız komputerdəki kimi açılacaqsa, bu heç də uğurlu olmayacaq.

Veb saytınızdakı bölmələri xüsusi diqqətlə seçin. Həddən artıq “Menyu” olması saytınızı həm ağırlaşdıracaq, həm də ziyarətçilər istədikləri bölməni tapmaqda çətinlik çəkəcək.

Saytda altbölmələri seçərkən, həmin bölməyə aidliyinə xüsusi diqqət yetirin.