Düzgün Brendinq strategiyası necə hazırlanır?
Brendinq ingilis dilindən tərcümədə “markalamaq” mənasını verir. Bu sözün etimalogiyası çox qədimlərə gedib çıxır. Keçmiş dövrdə amerikalı fermerlər heyvanların onlara məxsus olduğunu bilmək üçün heyvanları qızğın dəmir ilə damğalayırdılar. Bu da sonradan hər fermerin öz damğasının olmasına gətirib çıxartdı. Beləliklə marka anlayışı yarandı.
Təbii ki, müasir dövrdəki marka anlayışı çox süzgəcdən keçərək, modern halını aldı. Marka bir şirkətin adını formalaşdırır. Marka seçərkən şirkətlər onları tam ifadə edəcək, onların missiya və hədəflərini daşıyacaq bir ad seçməyə çalışırlar. Ancaq ad seçməklə iş bitmir. Bundan sonra markanın brendləşmə mərhələsi başlayır.
Marka təmsil olunduğu bazarda özünə yer etdikdən, rəqiblərinin onunla hesablaşmağa başlamasından və müştərilərin beynində yerini tutduqdan sonra artıq brendə çevrilir.
Bu proses isə brendinq adlanır. Markanın brendə çevrilməsi üçün bir sıra addımlar atılmalıdır.
Markanın Brendə çevrilməsi
Markanızın xarakterinin formalaşmağı üçün ilk olaraq “naming”dən başlamaq lazımdır. Düzgün seçilmiş ad müştərilərin yaddaşında qalmağınıza xidmət edəcək. Ad seçərkən şirkətinizin yaratdığı dəyər və hədəfləri mütləq burada əks olunmalıdır.
Ad seçərkən diqqət edilməli məqamlardan biri də bu adda domain-in olub-olmamasını yoxlamaq lazımdır. Əgər bu adda hər hansı bir sayt varsa, yaxşı olar ki, şirkət adını boş domain olan adla dəyişdirəsiniz. Çünki korporativ saytınızla, şirkət adınız birəbir eyni olmalıdır.
Brendinq-in üçün əsas amillərdən biri də, doğru rəng seçimi və veb sayt durur. Siz ilk olaraq korporativ rənglərinizi müəyyənləşdirməlisiniz. Bundan sonra veb saytınızı hazırlayaraq, müştərilərinizin qarşısına çıxmalısınız.
Reklamın Brendinq-də önəmi
Şirkətinizin adına dəyər qatmaq, onu brendə çevirmək üçün doğru reklam strategiyaları hazırlamaq lazımdır. Müştərilərinizi tapmaq və ümumiyyətlə insanların sizdən xəbərdar olmağı, bazarda “biz gəldik” mesajı vermək üçün istər digital platformalarda, istərsə də ənənəvi mediada reklam strategiyanızı düzgün qurmaq lazımdır.