Bizimlə əlaqə saxla

Göndər
Təşəkkür edirik! Müraciətiniz qəbul edildi!
Ups! Xəta baş verdi
Biz buradayıq
Tarix:
November 21, 2021

SEO nədir? – Saytınızın öndə görünməsi üçün bunları edin

Mahru İsazadə
Mahru İsazadə
Kopirayter
SEO

SEO nədir? – Saytınızın öndə görünməsi üçün bunları edin

Hər bir şirkət xidmət göstərdiyi sektorda rəqiblərindən önə çıxmaq istəyir. Bunun üçün müxtəlif strategiyalar, planlar hazırlayır. Rəqiblərinizdən önə çıxmaq üçün əsas alətlərdən biri də SEO-dur. SEO – System Engine Optimization ifadəsinin qısaldılmışı olub, Axtarış Robotlarının Optimallaşdırılması deməkdir. Bildiyiniz kimi, insanlar istədikləri məlumatı internetdə tapmaq üçün “Google”, “Yandex”, “Binq” kimi platformalardan istifadə edirlər. Axtarış etdiyi zaman, qarşısına sıralama ilə məlumatlar çıxır. Bu siyahıda birinci yerdə görünməyiniz sizin saytınıza kliklənməni artırır və rəqibləriniz arasında gözlə görünəcək fərq yaradır.

“Google” axtarış platformaları arasında ən böyük bazar payına sahibdir. O, öz axtarış robotlarının alqoritmlərini günü-gündən yeniləyərək, istifadəçilərinin ən ideal nəticələri tapmasına kömək edir. Buna görə də öz xüsusi SEO dilini formalaşdırıb desək yanılmarıq.

Buna görə də axtarış sistemlərində ilk cərgələrdə çıxmaq üçün müəyyən qaydalar var ki, onlara mütləq əməl edilməlidir. SEO-nun iki forması – Texniki və Kontent SEO var.

Texniki SEO nədir?

Texniki SEO birbaşa proqramçıların nəzarətindədir. Odur ki, veb sayt yaradarkən, bu sahədə biliyi olan insanlara üstünlük verin. Texniki SEO dedikdə, saytın neçə saniyədə açılması, responsivliyi, CSS fayllarının yerləşməsi kimi bir sıra məqamlar nəzərə alınır.

Əgər sizin saytınız həddən artıq multimedia materialları ilə yüklənibsə, saytdakı şəkil və videolar, böyük həcmdədirsə, onda sayt açılarkən gecikmələrə səbəb olacaq. Sürət əsri olduğunu nəzərə alaraq, ziyarətçilərin gec açılan saytlardan elə ilk saniyələrdəcə imtina etdiyini deyə bilərik. Bu da sizin SEO xalınızın aşağı düşməsinə səbəb olacaq.

Kontent SEO nədir?

Sayt yaradarkən daim öz məhsullarınız və xidmətiniz barəsində izləyicilərinizə məlumat vermək, dünyada baş verən yenilikləri çatdırmaq üçün yaxşı olardı ki, saytınızda “Bloq” bölməsi olsun. Bu bölmə daim yenilənməlidir. Daim yenilənən sayt həm ziyarətçilərin marağını cəlb edəcək, həm də sizə əlavə SEO xalları qazandıracaq.

Kontent SEO-nun əsas göstəriciləri məqalənin başlığı, yarım başlığı və açar sözləridir. Təbii ki, kontentin izləyicilərin zövqünə uyğun və maraqlı olması da əsas nüanslardandır. Çalışın, kontentləriniz ancaq sizə məxsus olsun və heç bir yerdən kopyalamayın. Bunu axtarış robotları qısa müddət ərzində fərqinə varacaq və sizin SEO xalınızı aşağı salacaq. Əgər sizdə bu hal tez-tez müşahidə olunsa, sizin saytınız “qara siyahı”ya düşəcək.

Sayta kontent hazırlayarkən, mövzularınız çalışın sizin xidmət spektrını əhatə etsin. Məsələn, siz geyim firmasınızsa, fermer təsərrüfatı ilə bağlı yazdığınız araşdırma yazısı, sizin axtarış zamanı alt pillələrdə çıxmağınıza səbəb olacaq.

SEO
Tarix:
November 21, 2021