Google Reklamları niyə önəmlidir ?
Brendlər üçün daha effektiv şəkildə tanınmağın və düzgün hədəf kütləyə çatmağın yolu uğurlu marketinq strategiyalarından keçir. Hər bir marka, yaxud biznes sahəsi müasir marketinq alətlərindən istifadə etməklə bu məqsədə daha da yaxınlaşır. Google Ads məhz belə vasitələrdən biridir. Daha geniş auditoriyaya yetişmək, şirkətin və ya brendin saytına baxış sayını, ziyarətçilərin sayını artırmaq, daha çox satışa nail olmaq və s. üçün bu reklam vasitəsini yoxlamağa dəyər. "Başqa hansı üstünlükləri var?", deyə sual yaranırsa, oxumağa davam edin ). Reklam alətlərindən olan Facebook Ads də nəzərəçarpan müsbət cəhətləri ilə ön sıralardadır. Bəs hansını seçməli?
Hər iki platformanın fərqli üstünlüklərinə nəzər salmaq gərəklidirsə:
- Google Ads satış sorğularına əsasən hədəf kütləni müəyyən edir, Facebook Ads isə insanları onların maraqları, demoqrafik göstəriciləri və davaranışları istiqamətində qruplaşdırır,
- Google Ads mətn, şəkil, video və alış-veriş formatlarıda, Facebook Ads isə şəkil, video, karusel və sponsorlu məzmun formatlarında reklam təklif edir,
- Hər iki platformada reklam büdcəsi sərbəst olaraq seçilir, lakin Google Ads-də hər bir "klik" üçün məbləğ daha yüksək olur.
Göründüyü kimi, hər iki platformanın özünəməxsus müsbət cəhətləri var. Seçim edərkən sizə lazım göstəriciləri göz önündə tutmalısınız. Hədəf kütləsi, brendinizin məqsədləri, büdcə və rəqabət faktorları bu göstəricilərə şamil edilir. Məsələn, saytın "trafik"ini artırmaq üçün Google Ads, brendi tanıtmaq və hədəf kütləni cəlb etmək üçün Facebook Ads tövsiyə olunur.