Video və Foto çəkilişlər

Markanın brendə çevrilməsi mərhələsində müştərilərin diqqətini çəkmək, onların zövqünə uyğun kontentlər hazırlamaq üçün ən yaxşı vasitələrdən biri də multimedia imkanlarından istifadə etməkdir. Yüksək keyfiyyətli video və foto materiallar əsasında hazırlanmış kontentlər sizin fərqinizi ortaya çıxaracaq. Göstərdiyiniz xidmət və müştəriyə təqdim etdiyiniz məhsulun keyfiyyəti kimi, onu müştəriyə təqdim etdiyiniz zaman istifadə etdiyiniz alətlər də keyfiyyətli olmalıdır.

PlanB Reklam Agentliyinin video və foto çəkiliş komandası bu sahə üzrə böyük təcrübəyə malik, peşəkarlardan formalaşdırlıb. Hər çəkiliş növünə uyğun son texnoloji avadanlıqlarla təchiz olunması komandanın daha korrekt və keyfiyyətli məhsul ortaya çıxartmasına kömək edir.

İstər studio, istərsə də məkan çəkilişlərini bizə etibar edə bilərsiniz. PlanB aşağıda göstərilən çəkilişlər üzrə xidmətlərini təklif edir:

Food photography

Event photography

Team photography

Studio photography


Video:

Tədbirlərin çəkilişi

Tanıtım videolarının hazırlanması

İnteryer çəkilişlər


PlanB həmçinin qrafik və video çarxların hazırlanmasında böyük təcrübəyə malikdir. Videoçarxlar hazırlanma prosesində reklam menecerləri də iştirak edir. Bu da videonuzun hansı saniyədə, hansı detalının önplana çıxmasını, izləyicinin sona qədər videoda qalmasını təmin edir.