Adətən şirkətlər korporativ tədbirlərin təşkili zamanı bir sıra problemlərlə qarşılaşırlar. Bu adətən şirkətlərə əlavə vaxt itkisi və doğru edilməmiş seçimlərdən dolayı əlavə pul itkisinə gətirib çıxarır.
PlanB Reklam Agentliyinin “Event organization” (Tədbir təşkilatçılığı) sahəsində ixtisaslaşmış kollektivi sizi bu itkilərdən xilas edir. Mütəmadi olaraq şirkətlərə tədbir təşkilatçılığı üzrə xidmət göstərdiyimiz üçün, bir sıra məkan və xidmət göstərən firmalarla əməkdaşlıq edirik. Bunun üçün də korporativ endirimlər alırıq. Beləliklə, tədbirlərin büdcəsinin minimumda saxlanılmasını təmin edirik.
Tədbir öncəsi və tədbir gedişatında komandamız tərəfindən işin gedişatına tam nəzarət edilir. Bu da sizin başqa qayğılardan uzaqlaşıb, tədbirdən tam zövq almağınıza səbəb olacaq. Sonda tədbirin təşkili ilə bağlı bütün hesabatlar sizə təqdim olunacaq.
PlanB “Event organization” sahəsində aşağıdakı xidmətləri həyata keçirir.
Beynəlxalq və yerli konfransların təşkili. Konfransın auditoriyasına uyğun məkanın və digər avadanlıqların təmini. Tədbirə texniki dəstək.
Şirkətlərdə komandanın bir-biri ilə qaynaşması, daha yüksək performans göstərə bilməkləri, sinerjilərinin uyğunlaşması üçün timbildinqlərə ehtiyac yaranır. Timbildinqlərin təşkili, şirkət nümayəndələri arasında rəy sorğusu keçirilir, onların istəklərinə uyğun məkanın seçilməsi həyata keçirilir. Həmçinin, istəyə uyğun şou və oyunlar hazırlanır.
PlanB komandası beynəlxalq tədbirlərin təşkilini həyata keçirir. Tədbirlər zamanı iştirakçıların qonaqlaması, “catering xidməti”, şəhər turu və s. kimi xidmətlər peşəkar komanda tərəfindən təşkil olunur.
Həmçinin sərgilərin təşkili, sərgi stendlərinin dizaynı və hazırlanması, quraşdırılması üçün lazımi işlər yüksək səviyyədə görülür.