Müasir dövr bir sıra texnoloji yeniliklərlə yanaşı öz reklam alətlərini də yaratdı. Artıq sosial mediada təmsil olunmaq şirkətlər üçün bir ehtiyaca çevrilib. Sosial platformalarda reklam vermək ənənəvi media ilə müqayisədə bir sıra üstünlüklər təklif edir. Belə ki, “Facebook”, “İnstagram”, “Linkedin”, “Twitter”, “Youtube”, “TikTok” və s. Platformalar vasitəsilə daha böyük kütlələrə çatmaq mümkündür. Həmçinin bu platformaların reklam menecerləri bizə imkan verir ki, şirkətin xidmət və məhsulları üçün ən doğru hədəf kütləsini seçib, reklamları yalnız onlara göstərək. Bu da öz növbəsində reklam büdcələrini optimallaşdırmaqla yanaşı, satışlara birbaşa təsir göstərən amillərdəndir.
Sosial şəbəkələr operativlik baxımından da böyük üstünlüklər təqdim edir. Belə ki, doğru qurulmuş sosial media menecmenti sayəsində müştərilər istədikləri vaxt şirkətlə əlaqə saxlaya, operativ cavab ala bilərlər. Bu da müştərilərin brend tərəfindən onlara dəyər verildiyini göstərən amildir ki, şirkətə qarşı güvən hissinin formalaşmasında əsas faktordur. Statistikalara görə, brendə duyulan güvən hissi satışları tətikləyən əsas amillərdən biridir.
Doğru qurulmuş sosial media menecmenti sayəsində şirkətlər müştəriləri ilə birbaşa ünsiyyətə girə, onların fikirlərini öyrənə bilərlər. Bu da xidmətlərindəki güclü və zəif tərəfləri müəyyənləşdirməkdə onlara kömək edir. Həmçinin, kiçik büdcələr xərcləməklə onlayn satış kimi xidmət göstərən şirkətlər istər saytları, istərsə də digər platformalarına əlavə kliklənmə gətirə bilərlər. Burada hansı reklam vasitəsinin daha uğurlu olduğunu öyrənib, yeni reklam strategiyalarını sözügedən analizin nəticələrində formalaşdıracaqlar.
Sosial Şəbəkələr həmçinin şirkətlərin yeni çıxan məhsullarını az büdcə ilə, bəzən isə heç büdcə xərcləmədən öz hədəf kütləsinə vaxtında çatdırmasına imkan yaradır. Bu da bazarda rəqiblərdən öndə olmağınıza kömək edəcək.
Sosial medianın əsas gücü kreativ yanaşmadır desək yanılmarıq. Burada rəqiblər arasında üstünlük qazanmaq üçün hər bir sosial platformanın öz üslubuna uyğun yanaşma sərgilənməli, dilinə uyğun kontentlər hazırlanmalıdır.
PlanB Reklam Agentliyinin SMM üzrə mütəxəssisləri sosial hesablarınızın idarəedilməsində modern yanaşma sərgiləyərək, trendləri daim izləyir, zamanın tələbinə uyğun kontentlər hazırlayır.
PlanB sosial media menecmenti üzrə aşağıdakı xidmətləri təklif edir.
Şirkətlərin xidmət sahələrinə uyğun sosial media platformaları seçilir.
Seçilmiş platformalar üzrə “cover, “profil” fotosu və videosu hazırlanır, səhifələr dizayn edilir.
Şirkətin rəqiblərinin sosial media hesabları analiz edilir. Markanın xidmət sahəsinə uyğun olaraq reklam strategiyası hazırlanır.
Günlük post paylaşımı, paylaşım saatları tərtib edilir. Kreativ, individual yanaşma sərgilənərək, şirkətlərin xarakteristikasına uyğun, hədəf kütlənin marağını çəkəcək, paylaşımlar edilir.
Səhifələrin reklam hesabları idarə edilir. Reklam büdcələrinin optimallaşdırılması üçün “tools”lardan doğru formada istifadə edilir.
Hər ay üçün kontent plan tərtib olunur və ay sonunda statistikalar təqdim edilir. Statistikalar üzrə yeni ayın reklam strategiyası tərtib edilir.