SEO Xidməti və Google Ads

Search Engine Optimization (SEO) – Axtarış Robotları Optimizasiyası deməkdir. “Google”, “Yandex”, “Bing” kimi axtarış sistemlərində veb saytınızın ön sıralarda çıxmasını təmin edir. Veb saytın axtarış zamanı birinci sırada çıxması həm rəqibləriniz qarşısında sizi güclü mövqeyə gətirəcək, həm də satışlarınıza müsbət təsir göstərəcək.

Axtarış sistemlərində ön sırada çıxmaq üçün saytınızın texniki və kontent SEO-sunun düzgün qurulması vacibdir.

Texniki SEO dedikdə bura veb saytın responsivliyi, CSS fayllarının düzgün yerləşdirilməsi, sayta yüklənən faylların, multimediaların həcminin normativlərə uyğun olması kimi bir sıra detallar nəzərdə tutulur.

Kontent SEO isə sayta yerləşdirilən məqalələrdə düzgün strategiyanın tətbiqini özündə ehtiva edir. Bunun üçün veb sayta mütəmadi olaraq  yeni məqalələr yerləşdirmək lazımdır. Bu məqalələr yerləşdirilərkən, mövzuları xüsusi seçilməli, məqalənin kontenti SEO qaydalarına uyğun işlənilməlidir.


Niyə Google ADS?

“Google” Axtarış Sistemi ümumilikdə 90 faiz bazar payına sahibdir. Bu da “Google”un digər axtarış sistemləri ilə müqayisədə əhəmiyyətini qabardır. “Google” platformasından istifadə edən müştərilərə çata bilmək, reklamlarınızı düzgün hədəf kütləsinə çatmasınıı təmin etmək üçün Google ADS-in imkanlarından yararlanmaq mümkündür.


PLANB və SEO

PlanB Reklam Agentliyi istər axtarış sistemləri üzrə, istərsə də “Youtube” platforması üzrə SEO xidmətlərini təklif edir. Siz bu xidmətlərdən istifadə edərək, öz rəqiblrəinizdən sıyrılaraq, ön cərgələrdə görünəcəksiniz. PlanB-nin peşəkar komandası auditoriyanızı analiz edərək, düzgün hədəf kütləsi seçimində də öz töhfəsini verəcək. Google ADS platformasının təqdim etdiyi alətlərdən istifadə edərək, reklam büdcələrinizin optimallaşdırılmasını həyata keçirəcək.