Brendinizin daha çox kütləyə çatması, sosial şəbəkə istifadəçisi olmayan kütlənin də markanızdan xəbərdar olmağı üçün yeni və ənənəvi KİV-də reklam sizin üçün unikal seçimdir. İstər qəzet, radio, televiziya, istərsə də xəbər portallarından istadə edərək, öz hədəf kütlənizi böyüdə bilərsiniz. Cəmiyyətin hər kəsiminə xitab edə bilmək üçün bu reklam növü sizin üçün vacibdir.
Radio, televiziya reklamları sizə məhsulunuza uyğun proqramlarda görünmək və öz hədəf kütlənizə birbaşa xitab etmək imkanı yaradır. Bu vasitə ilə istədiyiniz proqramın efir vaxtında reklamlarınız yayımlana bilər ki, bu da xidmət və məhsulunuzun satışlarının artmasına səbəb olacaq. Həmçinin müştərilərinizin yaddaşında qalmaq, doğmalıq yaratmaq üçün bu reklam növü müstəsnadır.
KİV-in bir qolu da son dövrlər meydana çıxan xəbər və əyləncə platformalarıdır. Bu platforma şirkətinizin az büdcə ilə böyük kütlələrə çatmasına şərait yaradır. Belə ki, aylıq milyonlarla insanın sizin reklamlarınızı görməsini təmin edə bilərsiniz. Ölkənin ən böyük portallarına çatımlılıq mümkündür.
PlanB Reklam Agentliyi ölkənin nüfuzlu KİV və portalları ilə əməkdaşlıq edir. Bu əməkdaşlıq nəticəsində, qarşıqlı yaranmış inam formalaşıb. Bu da korporativ satışlarda böyük endirimlər tətbiq etməyimizə kömək edir. Odur ki, siz də PlanB ilə kiçik büdcələrlə milyonlarla insanın qarşısına çıxa, xidmətinizi təqdim edə bilərsiniz.