PR və Marketinq

Pr və Marketinq Strategiyalarının hazırlanması şirkətin brendləşmə yolunda atdığı ən önəmli addımlardan biridir. Marketinq strategiyası qurularkən, qarşıda duran əsas məqsəd şirkətin gücünü səmərəli formada istifadə edərək, brendi formalaşdırmaq, rəqbilər üzərində üstünlük əldə etmək, satışları artırmaqdır.

Marketinq strategiyaları hazırlanarkən, ilk olaraq şirkətin və bazarın analizi aparılır. SWOT analizi nəticəsində şirkətin rəqibləri qarşısındakı güclü və zəif nöqtələri təyin edilir. Şirkətin çatmalı olduğu hədəfləri müəyyənləşdirilir. Bu hədəflərə çatmaq üçün atılacaq addımlar və ən qısa zamanda hədəfə çatmaq üçün istifadə olunacaq alətlər seçilir.


Marketinq strategiyaları hazırlanarkən, bu addımlar izlənilir:

1. Problemin təyin olunması

2. Problemli aradan qaldıracaq yol göstəricisi

3. Bunun üçün görülməli olan tədbirlər.


Marketinq Strategiyasında Önəmli Faktorlar

Marketinq strategiyaları hazırlanarkən, aşağıdakı suallara cavab tapılmalıdır:

1. Şirkətin hazırki marketinq hədəf və planları hansıdır?

2. Bu hədəflər şirkətin missiyası ilə uyğundurmu? Uyğun deyilsə, hansı dəyişikliklər edilməlidir?

3. Hazırki strategiyanın yaratdığı performans: satış həcmi, brendin bazardakı mövqeyi, müştəriyə çatımlılıq hansı səviyyədədir? Bu göstəricilər “yaxşı, pis, orta” kimi qiymətləndirilməlidir.

4. Şirkəti eyni seqmentdəki rəqibləri ilə müqayisə etdikdə, hansı mənzərə alınır. Güclü və zəif tərəfləriniz hansılardır?


PlanB – PR və Marketinq

PlanB Reklam Agentliyi PR və Marketinq sahəsində öz xidmətlərini təklif edir. Peşəkar komandamız ən doğru kommunikasiya vasitələrindən istifadə edərək sizi hədəfinizə çatdıracaq.