Digital Reklamla yanaşı ənənəvi reklam metodları da günümüzdə öz aktuallığını qorumaqdadır. Bunlardan ən geniş yayılmışı isə Outdoor reklam növüdür. Bu reklam növü ilə siz ölkənin bir sıra şəhər və rayonlarında insanlara reklamlarınızı təqdim edə bilərsiniz.
Outdoor reklamlar insanların şüuraltına təsir göstərərək, sizin markanızı onların yaddaşına həkk edir. Bu da yeni müştərilərlə yanaşı, potensial müştərilərinizi də formalaşdırır. Outdoor reklamlarla küçədə, avtobus dayanacaqlarında, binaların fasadında qarşılaşa bilərsiniz.
Outdoor reklamların aşağıdakı formalarından istifadə edərək, markanızı gücləndirə bilərsiniz:
Zövqlə, müasir dizayn qaydalarına uyğun hazırlanmış reklamlarınız şəhəri gözəlliyinə gözəllik qatsın, şəhəri bəzəsin. İnsanların ruhunu oxşayan reklam löhfələri markanızı onların yaddaşına həkk edəcək.
Monitor reklamlar bir sıra küçə və prospektlərdə, insan axının çox olduğu, avtomobil yollarının üstündə, metroların çıxışında yerləşdirilir. Monitorlarda istər foto, istərsə də video formatda reklamlar yayımlaya bilərsiniz. Hərəkətli reklamlar sizə müştərilərin diqqətini cəlb etməkdə kömək edəcək.
Monitor reklamları vasitəsilə plazalarda, liftlərdə, ictimai nəqliyyatda öz müştərilərinizə yayım edə bilərsiniz.
Outdoor reklam ilə gün ərzində milyonlarla insanın markanızdan xəbərdar olmağını təmin edə bilərsiniz.
PlanB Reklam Agentliyi sizə şəhərin insan axınının çox olduğu yerlərdə bilboard və monitor reklamları təklif edir. Xidmət göstərdiyiniz ərazidə insanların sizdən xəbərdar olması və onlara öz məhsullarınızı təqdim etməyiniz üçün ən doğru reklam strategiyasını sizə təqdim edirik.