Brendinq

Yeni bir şirkət yaradılarkən, əsas amillərdən biri də onun brendinqidir. Brendinq dedikdə, şirkətin “naming” (ad), onun loqosunun, korporativ saytının, brendbook-nun hazırlanması deməkdir. Bütün bu detallar işlənərkən, şirkətin olduğu seqment üzrə SWOT analizi aparılır, onun rəqibləri incələnir, firmanın zəif və güclü tərəfləri müəyyənləşdirilir. Şirkətin missiya və hədəflərinə uyğun olaraq, korporativ rəngləri və loqosu hazırlanır.

Brendləşmə mərhələsində reklam və sosial şəbəkələrin rolunu unutmaq olmaz. Markanızın daha böyük kütlə tərəfindən tanınmasında, şirkətinizin daşıdığı ideya və xidmətləri insanlara ötürməsində və onların yaddaşlarında yer etməsində böyük rolu var.

Markaların brendləşməsi onun bazardakı mövqeyinə və satışlarına birbaşa təsir göstərir. Brendləşmə müştərilərin şirkətə, onun xidmət və məhsullarına olan güvənini formalaşdırır.

PlanB Reklam Agentliyi şirkətlər üçün brendinq xidmətləri təklif edir. PlanB-nin yaradıcı və peşəkar kollektivi markanızın brendləşməsi üçün A-Z-yə bütün mərhələlərdə öz imkanlarını təklif edir. Markanızın brendinin formalaşması və böyük kütlələr tərəfindən tez bir zamanda qəbul edilməsi üçün aşağıdakı prosedurlar tətbiq olunur.

Şirkətin nümayəndələrindən firma haqqında, onların hədəf və missiyaları, təmsil etdikləri korporativ kimlik haqqında məlumat alınır.

Şirkətin təmsil olunduğu bazar və bu bazardakı rəqibləri tam formada analiz edilir.

Beynəlxalq bazardakı oxşar şirkətlər araşdırılır. Şirkətin güclü tərəfləri təyin edilir.


Brendinq mərhələləri

PlanB Reklam Agentliyinin yaradıcı və peşəkar kollektivi tərəfindən bu datalar əsasında şirkətin “naming”i bir neçə versiyada hazırlanaraq təqdim olunur. Qarşı tərəfin təklif və istəklərinə uyğun olaraq  “retouch” edilərək, son halını alır.

Ada uyğun olaraq korporativ rənglər və bu rəng kombinasiyaları əsasında loqotip yığılır.

Modern görünüş və funksionallıq əsas götürülərək şirkətin korporativ saytı hazırlanır. Saytın axtarış sistemlərində ön planda çıxması üçün həm texniki, həm də kontent SEO ilə təmin edilir.

Sosial şəbəkə hesabları yaradılır. Bir-birindən kretiv multimedia vasitələrindən istifadə edilərək, sosial şəbəkə hesabları hədəf kütləsinə uyğun olaraq dizayn edilir.

Şirkətin reklam strategiyası  hazırlanır. Reklam strategiyası hazırlanarkən, istər sosial şəbəkələrdə, istərsə də digər platformalarda (ənənəvi KİV, saytlar və bilboardlar) qısa müddət ərzində nəticə alınması üçün, reklam büdcəsi də optimallaşdırılaraq nəzərə alınır.

Bir-birindən kreativ ideya və reklamlarla şirkətin müştərilər tərəfindən qəbul olunmasını və rəqibləri arasında fərq yaratmasını təmin edilir.

Şirkətin çap məhsullarının hazırlanması.