about us

Haqqımızda

PlanB Company digital marketinq sahəsində yaradıcı həllər təklif edir. Fəaliyyətimiz markaların naming-dən, reklam strategiyalarının hazırlanmasına, korporativ veb saytların yığılmasına kimi virtual dünyada tam və doğru şəkildə təmsil olunmaqlarını təmin edəcək formada digital marketinqin tam spektrını əhatə edir. Yeni yaranmasına baxmayaraq PlanB markası ətrafına öz sahəsində dünya trendlərini izləyən, peşəkar və yaradıcı kollektivi toplaya bilib. Bu da digital marketinq sahəsində dünyada baş verən yenilikləri, texniki və kreativ həlləri yerli bazara uyğunlaşdıraraq, markaların brendləşmə yolunda daha az büdcə ilə uzun yol qət etməsinə şərait yaradır.

Heç təsadüf deyil ki, qısa müddət ərzində təqdim etdiyi reklam strategiyalarının əldə etdiyi uğurlu nəticələrinə görə çalışdığı brendlərin inamını qazana bilib.

 

Xidmətlərimiz

Brendinq

Sosial Media Marketinq / SMM

Tədbirlərin təşkili

PR və Marketinq strategiyalarının hazırlanması

Veb saytların hazırlanması

Saytlarda texniki və kontent SEO-nun işlənməsi

Video və Foto çəkilişlər

Videoçarxların hazırlanması

Saytlarda reklam

Bilboardlarda reklam

 

PlanB Company göstərdiyi xidmətlərlə bağlı ətraflı saytın “Xidmətlər” bölməsindən tanış ola bilərsiniz.

 

PLANB-nin Missiyası

Daim öz üzərində çalışan peşəkar və yaradıcı komanda ilə yerli bazarda öz adından söz etdirəcək, öncül firmalardan olaraq, qlobalda bir Azərbaycan markası kimi tanınmaq PlanB kollektivinin əsas hədəflərindən biridir. Bunun üçün də digital marketinq sahəsində gələcəyin texnologiyalarını ölkəmizə daşıyırıq.

Bununla yanaşı cəmiyyətə və ətraf mühitə qarşı məsuliyyətimizi dərk edir və sosialyönümlü layihələri həyata keçirmək prioritetlərimizdəndir.

 

Fərqimiz

Digital marketinqin tam spektrını əhatə etdiyimiz üçün PlanB Company markaların tələb və gözləntilərini üst səviyyədə qarşılayır. Markalar vahid mərkəzdən virtual dünyanın bütün sahələrində təmsil olunur ki, bu da istər rahatlıq, istərsə də, reklam büdcələrinin optimallaşdırılması baxımından çox böyük üstünlük təşkil edir. Vahid mərkəzdən markanızın reklam strategiyalarının idarə edilməsi, həmçinin, qarşıya çıxan problemlərin yerindəcə aradan qaldırılmasına şərait yaradır.

Əməkdaşlıq etdiyimiz şirkətlər üçün strategiyalar hazırlanarkən, markanın bazardakı mövqeyi, rəqibləri analiz edilir, onların hədəf kütləsinə uyğun formada qısa müddətdə nəticə əldə ediləcək həllər təqdim olunur.