İnfluencer marketinq strategiyasının qurulması

İnfluencer marketinq strategiyasının qurulması

İnfluencer marketinq strategiyasının qurulması

İnfluencer Marketinqdən danışaq bu gün. Sosial Medialarda (YouTube, İnstagram, Facebook, Clubhouse, LinkedİN və.s) izləyici kütləsi çox olan fenomenlər məhsulu, xidməti öz izləyiciləri ilə paylaşmasıdır. Yaxşı bir şəkildə təqdim olunmuş məhsul, xidmət izləyicilər tərəfindən satın alınmasına gətirib çıxarır.
Marketinq strategiyasında, ilk növbədə hədəf, mühit və dəyərləndirmə metodunu müəyyənləşdirərkən, İnfluencer marketinqində, xidmət sahəsinə uyğun influenceri seçmək,  məzmun planını hazırlamaq, müvafiq mühiti seçmək və sonrakı feedback-ləri qiymətləndirmək üçün strategiya hazırlanır.
İnfluencer Marketinq-də strategiyanın yaradılmasına bir neçə addımda nəzər yetirək
1.     KPI (Keep Performance Information) təyin edək.
İnfluencer Marketinq layihəsinin icrasının məqsədi nədir?
·       Yeni kütləyə çatmaq;
·       Brand awareness yaratmaq;
·       Satışları artırmaq.
 
2.     Auditoriyamıza uyğun sosial medialar və kontent seçilməlidir:
·       YouTube videoları
·       Canlı yayınlar (İnstagram, YouTube,Facebook)
·       Sosial Media paylaşımları (İnstagram, Linkedin, Twitter, Tiktok)
·       Podkastlar (Spotify, Apple Podkastları və s.)
·       Clubhouse, teleqram, kimi yeni səsli  bağlantılar
·       Blog və.s kimi yazılar
Diqqət edəcəyiniz əsas məqamda doğru audtoriyaya çatmaq üçün düzgün sosial mediaları seçmək lazımdır. Nümunə olaraq yeni bir yaradılmış şirkət haqqında reklam verirsinizsə ən doğru auditoriya LinkedİN-dir. Hər hansı butik, geyim kimi reklamları İnstagram platformlarındakı İnfluencerlərə uyğun görməlisiniz.

3.     Reklam verəcəyiniz Məhsul və ya Xidmət sahəsinə uyğun İNFLUENCER təyin edin. İnfluencerlərlə başlatdığınız layihənin uğurlu olması üçün, markanı düzgün şəkildə kütləyə çatdırması üçün seçdiyiniz insanın özünü ifadə etmə şəkli, cəmiyyətdəki mövqeyi, yaşam tərz